Lənkəranda ana doğuşdan sonra öldü


Digərləri 03 May 2019 11:54:00 209 0

Lənkəranda ana doğuşdan sonra öldü

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Osaküçə kənd sakini  1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də saat 13 radələrində xəstəxananın doğuş şöbəsinə daxil olub və qeysəriyyə əməliyyatı olunub. Həmin gün qadın və yeni doğulan oğlunun vəziyyəti yaxşı olsa da, mayın 2-də V.Quliyevada daxili qanaxma olub. Buna görə təkrar əməliyyata götürülüb və əməliyyat zamanı vəfat edib.

Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.