Qədr gecəsində bunu etmək olarmı?


Digərləri 03 May 2019 11:31:00 192 0

Qədr gecəsində bunu etmək olarmı?

Qədr gecəsində oruc tutanların başlarına Quran qoymaları düzgündürmü?

Son.az xəbər verir ki, bu suala ilahiyyatçı Hacı Şahin Həsənli cavab verib:

"Qədr gecəsində müəyyən insanlar dua edir və Quran baş üzərində qaldırılır. Bu, simvolik olaraq Quranın bu gecə nazil olması ilə bağlı Qurana bir hörmət, ehtiram və sayqının əlamətidir. Yəni, bu simvolik bir ayindir və burada mən mənfi bir şey görmürəm. Əksinə, bir xalq, bir millət kitabı başı üzərinə qaldırır. Bu, xalqın elmə, inkişafa verdiyi dəyərin göstəricisidir. Yalnız Quranı başımız üzərinə qaldırmaqla kifayətlənməməliyik. Onu dərk etməliyik. İnsan elmə dəyər verdiyi qədər kamil insandır. İnsan öz intellektual inkişafına, elmi inkişafına mənəvi təmizlənməsi qədər diqqət etməlidir. Çünki "Qurani-Kərim "oxu" kəlməsi ilə nazil olub. Quranda ilk ayə elmə və təfəkkürə dəvətlə başlayır. Ona görə də Quranın başı üzərinə qaldırılması bütün bu dəyərlərə - elmə, mərifətə verilən önəmin, dəyərin göstəricisidir. Quranın nazil olduğu gecə Quran başı üzərinə qaldırılırsa, burada söhbət təkcə Qurandan getmir. Quranın timsalında elmə verilən önəmdir".

Qeyd edək ki, bunları ilahiyyatçı SƏS-TV-nin canlı yayımında deyib.