Lalə Məmmədova keçmiş ərini məhkəməyə verir


Şou-biznes 03 May 2019 11:19:00 206 0

Lalə Məmmədova keçmiş ərini məhkəməyə verir

Əməkdar artist Lalə Məmmədova ilk dəfə eks-həyat yoldaşı İlham Qafarovun ittihamlarına cavab verib. 

“Lalə anamı, 13 yaşlı qızım məni söydü” - Müğənnin ərindən SƏRT İTTİHAMLAR Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni instaqram səhifəsində paylaşım edərək sükutu pozub.  O, keçmiş ərini məhkəməyə verəcəyini açıqlayıb: "Son həssas dönəmlərimdə yanımda olan və ola bilməyən dostlarıma, sənət yoldaşlarıma, əzizlərimə və məni qəlbən sevənlərə dəstəklərinə görə təşəkkür edirəm. Sizi üzmək istəməzdim. Susmaq haqqımdır. Lakin söhbət övladlarımdan gedirsə, məni üzrlü hesab edin.

Övladıma və mənim ünvanıma deyilən yalan və böhtanlara görə göydə Allaha, yerdə isə dövlətimə və qanunlarıma güvənirəm. Bu yerlərə zəhmətimlə və xalqın sevgisi sayəsində gəlmişəm. İllərlə qazandığım şərəf və ləyaqətimi, min bir əziyyətlə böyütdüyüm övladlarıma deyilən təhqiramiz sözlərə görə qanun qarşısında cavab verəcəklər".