Şəmkirdə həbsxana nəzarətçisi güllələnərək öldürüldü


Kriminal 03 May 2019 10:34:00 204 0

Şəmkirdə həbsxana nəzarətçisi güllələnərək öldürüldü

Şəmkirdə güllələnmə olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Faktla bağlı Şəmkir rayon Prokurorluöunda cinayət işi açılıb, istintaq gedir.