Azərbaycan MDB ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir


Digərləri 03 May 2019 10:29:00 197 0

Azərbaycan MDB ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir

"Azərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb:

"Azərbaycan MDB ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib".

Şura sədrinin sözlərinə görə, dünyanın heç bir ölkəsində jurnalistlərin sosial problemlərini Azərbaycan kimi həll edən ölkə yoxdur.