Lavrov və Pompeo arasında yaxın zamanda görüş ola bilər


Dünya 03 May 2019 08:26:00 207 0

Lavrov və Pompeo arasında yaxın zamanda görüş ola bilər

ABŞ Dövlət Katibi Mayk Pompeo yaxın zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşə bilər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, tərəflər mayın 6-sı Finalandiyanın Rovaniyemi şəhərində keçiriləcək Arktik Şuranın nazirlər görüşü çərçivəsində görüşə bilərlər: "O (S.Lavrov), orada olacaq. Mən gözləyirəm ki, dövlət katibinin onunla görüşmək imkanı olacaq".

Nümayəndə qeyd edib ki, onların görüşmək və müzakirə etmək istədikləri məsələləri müzakirə etmək imkanları olacaq: "Fikirləşirəm ki, müzakirələrin bir hissəsidə Venesuela olacaq".