Lənkəranda 1 ədəd tank əleyhinə mina aşkar edilib FOTO


Digərləri 03 May 2019 07:55:00 222 0

Lənkəranda 1 ədəd tank əleyhinə mina aşkar edilib  FOTO

Lənkəranda 1 ədəd tank əleyhinə mina aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, mayın 2-si saat 12:21-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə sahilinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tank əleyhinə minanın ətrafında 1,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbərə aid fotolar