Kolizeyin divarına adının baş hərfini yazan tələbə saxlanılıb


Digərləri 03 May 2019 06:30:00 251 0

Kolizeyin divarına adının baş hərfini yazan tələbə saxlanılıb

Romada Kolizeyin divarına adının baş hərfini yazan 17 yaşlı bolqar tələbə dünyaca məşhur tarixi və mədəni abidəyə ziyan vurmaqda təqsirləndirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tələbə amfiteatrın daxili divarında "M" hərfini oyarkən hadisəyə şahid olan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, polisə məlumat verilib.

Kolizeyin divarları üzərində yazı yazmaq tez-tez müşahidə olunan hadisədir. Bununla yanaşı, turistlərin suvenir kimi binanın kərpicini və digər parçalarını götürməyə cəhd etməsinə də rast gəlinir.