Tramp Senata BMT yanında yeni daimi nümayəndənin namizədliyini göndərib


Digərləri 03 May 2019 04:49:00 214 0

Tramp Senata BMT yanında yeni daimi nümayəndənin namizədliyini göndərib

ABŞ prezidenti Donald Tramp BMT yanında daimi nümayəndə vəzifəsinə Kelli Kraftın namizədliyini irəli sürüb

Bakı. ABŞ prezidenti Donald Tramp BMT yanında daimi nümayəndə vəzifəsinə Kelli Kraftın namizədliyini irəli sürüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında deyilir. Məlumata əsasən, D.Tramp müvafiq sənədi Senata təsdiq edilməsi üçün göndərib.