Lavrov və Pompeo arasında yaxın zamanda görüş ola bilər


Digərləri 03 May 2019 04:15:00 281 0

Lavrov və Pompeo arasında yaxın zamanda görüş ola bilər

ABŞ Dövlət Katibi Mayk Pompeo yaxın zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşə bilər

Bakı. ABŞ Dövlət Katibi Mayk Pompeo yaxın zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşə bilər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi deyib. Onun sözlərinə görə, tərəflər mayın 6-sı Finalandiyanın Rovaniyemi şəhərində keçiriləcək Arktik Şuranın nazirlər görüşü çərçivəsində görüşə bilərlər: "O (S.Lavrov), orada olacaq. Mən gözləyirəm ki, dövlət katibinin onunla görüşmək imkanı olacaq".