Polislər həyat yoldaşını gətirdilər, intihardan vaz keçdi FOTO


Digərləri 03 May 2019 01:30:00 261 0

Polislər həyat yoldaşını gətirdilər, intihardan vaz keçdi  FOTO

Türkiyənin Konya şəhərində həyat yoldaşı Fatma D. ilə aralarında ailədaxili problemlər olan Rəcəb D., 3 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

Son.az Sherg.az-a istinadən xəbər verir ki, 3 uşaq atası qarson Rəcəb D., iddiaya görə, bir müddətdir aralarında münaqişəsi olan həyat yoldaşıyla barışa bilmədiyinə görə binanın damına çıxaraq intihar etmək istəyib. Ətrafdakıların xəbər ilə hadisə yerinə polis, xilasedicilər və sağlamlıq qrupları gəlib. Polislərin razısalma səylərini geri çevirən Rəcəb D., həyat yoldaşının hadisə yerinə gəlməsini və onunla danışmaq istədiyini söyləyib. Polis qrupları Fatma D.ı hadisə yerinə çatdıraraq Rəcəb D. ilə görüşdürüb. Rəcəb D., təxminən 2 saat sonra damdan aşağıya enərək həyat yoldaşına sarılıb. 

Rəcəb D. binanın damında olarkən bir vətəndaşın ictimai media üzərindən canlı yayım etdiyi diqqət çəkib.


Xəbərə aid fotolar