Oğuzda avtoxuliqan saxlanılıb FOTO


Digərləri 02 May 2019 23:24:00 242 0

Oğuzda avtoxuliqan saxlanılıb  FOTO

Oğuzda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni "saxla" əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Belə ki, "Opel" markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən sürücüyə "saxla" əmri verilib.

Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsü Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən olunub.


Xəbərə aid fotolar