İtlərdən insanlara keçən xəstəliklər hansılardır?


Digərləri 02 May 2019 23:05:00 253 0

İtlərdən insanlara keçən xəstəliklər hansılardır?

"İtlərin orqanizmində yaşayan viruslar, bakteriyalar, göbələklər, birhüceyrəli (protozon) qurdlar xəstəlik mənbəyidir. İtlərin tüklərində olan mikroblar onları sığalladığımız zaman asanlıqla bizə keçə bilər".

Son.az medicina.az-a istinadən bildirir ki, bunu baytar Şamil İbrahimov deyib.

Həkim bildirib ki, bu aylar heyvanlarda cütləşmə dövrüdür, ona görə də ilin digər ayları ilə müqayisədə bu aylarda heyvanlarda aqressivləşmə olur: "Quduz xəstəliyi heyvanlardan insanlara keçən ən təhlükəli xəstəlikdir. İt dişləməsi zamanı güclü qanaxma da ola bilər. Dişlənmə zamanı bir çox mikrob insan orqanizminə keçir. İtlərdən keçən xəstəliklərdə virus mərkəzi sinir sisteminə çatan kimi simptomlar özünü büruzə verir. Halsızlıq, yüksək temperatur, baş və boğaz ağrısı, öskürək, iştahasızlıq, qarın ağrısı, mədə bulanması, qusma, ishal kimi əlamətlər müşahidə edilir. Xəstələrin 50%-də yara yerində ağrı, keyimə və yaxud dəri altı iynələnmə ola bilir. Pasiyentlərin 40%-də yaxşılaşmış yaraya rəğmən bütün bədəndə qaşıntı meydana gəlir. Viruslar fərqli neyron qurplarına daxil olduğu üçün qorxulu yuxu, gərginlik, diqqət pozuntusu, işıqdan, sudan  və heyvanlardan qorxma hissləri müşahidə olunur. Bu simptomlar ilk mərhələdən həkim nəzarətində olmasa. ölüm qaçılmazdır. Xəstəliyin ortalama vaxtı 18 gündür".

Mütəxəsisin  sözlərinə görə, sahibsiz itlərin artmasının qarşısını da almaq lazımdır. Bunun üçün tibbi müdaxilə labüddür. Aidiyyəti qurumların sahibsiz itlərə qarşı xüsusi nəzarət planı tətbiq etməyi zəruridir: "Sahibsiz heyvanlarda  cütləşmə dövrünü xüsusi ilə nəzərə almaq lazımdır. Heyvanlardan insanlara bir çox xəstəlik keçir. Heyvanlara ildə bir dəfə peyvəndləmə mütləq edilməlidir. Onlara qurd əlehinə iynələr vurulub dərmanlar verilməlidir. Çünki bu ərəfədə ən çox yayılan və təhlükəli olan məhz qurd xəstəlikləridir. Tetenus infeksiyası da insanlara heyvanlardan keçir. Bütün bunlara qarşı profilaktik tədbirlər mütləq kütləvi şəkildə aparılmalıdır".