Bəziləri küçə itlərini öldürməyi qəddarlıq və günah sayırlar. Düzgün mövqe nədir?


Digərləri 02 May 2019 22:55:00 251 0

Bəziləri küçə itlərini öldürməyi qəddarlıq və günah sayırlar. Düzgün mövqe nədir?

Dinimizdə ətraf mühitə qayğı ilə yanaşmaq tövsiyə edilir. Bitkilər və heyvanlar aləminə qəddar münasibət bəsləmək, canlıları əbəs yerə öldürmək və şikəst etmək qəti qadağandır. Lakin bu qaydalar o həddə qədər keçərlidir ki, həmin canlı ciddi təhlükə törətməsin və onu aradan götürməkdən başqa bir yol olmasın.

Son.az islam.az-a istinadən bildirir ki, küçə itləri ilə də bağlı bu qaydaya riayət etmək lazımdır. Natəmizlik yaradan, öz hücumu ilə insanlara təhlükə törədən küçə itlərini, onlar üçün ayrılmış izolyasiya məkanlarına aparmaq, orada xəstəliklərini müalicə etmək daha yaxşıdır. Əgər quduzluq və ya başqa xəstəliyə tutulmuş iti müalicə etmək mümkün deyilsə, bu halda onu qəddarlığa yol vermədən öldürmək icazəlidir. Bir daha təkrar edirik ki, bu məsələdə itin həyatının dəyəri ilə onun vurduğu ziyanın və təhlükə altına saldığı insanların həyatının dəyəri müqayisə edilməli və düzgün qərar çıxarılmalıdır.