Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?


Digərləri 02 May 2019 22:45:00 204 0

Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Bu ayədən də göründüyü kimi, oruc insanın paklanmasına və təqvalı olmasına səbəb olar.

Ramazan ayı iki cəhətdən möhtərəmdir: biri özünə aiddir, biri isə Qurana.

Həmçinin bu ayda iki cür qoruma vardır: biri insanın şeytanın (lən) vəsvəsəsindən qorunmasıdır, ikincisi isə İlahi əzaba düçar olmaqdan qorunmasıdır.

Bu ayda iki nemət vardır: behiştin qapılarının açılması, ikincisi isə insan ruhunun və canının hüzur tapması.

Bu ayda insana iki hədiyyə verilər: oruc tutanın yuxusu ibadətdir, sükutu isə təsbihdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Oruc tutanın iki sevinci və fərəhi olar: iftar edən zamanı, Allahla görüşən zaman.

Bildiyimiz kimi, Qədr gecəsi Ramazan ayında olur və Quran da bunu açıq şəkildə bəyan etmişdir. Bu gecənin belə adlanmasının sirri ondadır ki, "qədr" sözü "ölçmək" deməkdir. Qədr gecəsi - insanların ölçüldüyü gecədir.