"Cənub Qaz Dəhlizi" möhtəşəm layihədir


Siyasət 02 May 2019 22:21:00 207 0

"Cənub Qaz Dəhlizi" möhtəşəm layihədir

"Cənub Qaz Dəhlizi" - fantastik nəhəng infrastrukturdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

C.Kent bildirib: "İqtisadi sahədə münasibətlərimizin dərinləşməsi üçün imkanlarımız çoxdur. Uzun illər ərzində enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər diqqət mərkəzində olub. Bizim bəzi iri şirkətlərimiz burada Xəzərdə neft və qaz yataqlarının işlənməsində kömək etmək üçün, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində SOCAR ilə birgə çalışırlar. Bu fantastik nəhəng infrastruktur nəinki Azərbaycan qazının, həm də potensial olaraq Mərkəzi Asiyadan qazın Avropa bazarlarına nəqlini təmin edəcək. Bu isə bütün qitənin enerji təhlükəsizliyini artırır. Beləliklə, biz düşünürük ki, bu layihə enerji təhlükəsizliyi baxımından bütün tərəflər üçün vacibdir".

C.Kent qeyd edib ki, "Cənub Qaz Dəhlizi" kimi layihələr Avropanın enerji təhlükəsizliyini təmin etməyə, həmçinin Mərkəzi Asiyanı dünyanın digər hissəsi ilə birləşdirməyə kömək edəcək.

Onun sözlərinə görə, Şərqlə Qərb arasında əlaqələrin enerji resursları ilə ticarətin dinamikası, eləcə də Çin və Avropa arasında ticarətə görə daha müsbət perspektivləri var: "Hətta bu ticarətin kiçik bir hissəsi potensial olaraq Azərbaycan üçün böyük dövriyyəyə imkan verir".