Qız qaçıran rusiyalı deputat danışdı


Digərləri 02 May 2019 22:17:00 240 0

Qız qaçıran rusiyalı deputat danışdı

İnquşetiyanın Xalq Şurasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Məhəmməd Darsiqov qız qaçırmadığını bildirib.

Son.az oxu.az-a istinadən bildirir ki, o İslam şəriət qanunları ilə həmin xanımla nikah bağlasa da dövlət nikahının olmadığını söyləyib. "Qız qaçırılması barədə məlumatlar isə həqiqəti əks etdirmir", - deyə o bildirib.

Daha öncə verilən məlumata görə, deputat  evlənmək məqsədi ilə qız qaçırıb.Qaçırılan qızın Malqobek Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olduğu bildirilir. Yaranmış vəziyyəti Respublikanın ağsaqqalları nizamlayıblar. Onlar qərar veriblər ki, mayın 2-də toy olsun.