Xərçəng xəstələri üçün menyu


Digərləri 02 May 2019 22:05:00 275 0

Xərçəng xəstələri üçün menyu

Xərçəngin növündən, dərəcəsindən asılı olmayaraq, diaqnoz qoyulan kimi bir çox həkimlər ciddi tələb etməsə də, xəstənin qidalanma menyusu, rejimi dəyişməlidir.

Onkoloji xəstələr necə qidalanmalı, nə qədər yeməli, hansı ərzaqları, meyvələri, tərəvəzləri qəbul etməli, nədən imtina etməlidir?

Son.az medicina.az-a istinadən İsrail klinikalarında həkimlərin onkoloji xəstələr üçün təyin etdiyi qidalanma menyusunu təqdim edir

Səhər acqarına bir stəkan limonlu su. Su otaq temperaturunda olmalıdır.

Səhər saat 6-7, eləcə də axşam 20:00-dan sonra qəhvə içmək olmaz.

Yüngül səhər yeməyi - kəsmik, qarabaşaq sıyığı, giləmeyvələr, bitki çayı, 2 portağal və 1 limonun şirəsi   Saat 11-12 arası:  Alma şirəsi, tərəvəz şorbası, yüngül meyvə saları, 1 yumurta. Çovdar çörəyi

Saat 1-4 arası yemək məsləhət deyil. Çox acıdıqda, yalnız meyvə salatı.

Saat 16:00-  suda bişmiş balıq və ya mal əti, çiy tərəvəzlərdən salat, yoqurt

Saat 19:00-20: 00 - süd məhsulları - qatıq, kefir, ayran, bitki yağında (zeytun) tərəvəz salatı, qoz, suda  bişmiş balıq və ya çolpa. Axşam 21:00-dan sonra heç bir şey yeyilmir, içilmir. Qaraciyər orqanizmin təmizlənməsi üçün çalışır, yükləmək olmaz. Saat 22:00-dan səhərə kimi dərin yuxu.

Həftəlik qidalanmada bu ərzaqlar olmalıdır: