Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular


Digərləri 02 May 2019 22:10:00 209 0

Naməhrəm qadınla kişi arasında riayət olunmalı mövzular

Dinimiz kamil din olduğu üçün, insanın və cəmiyyətin saədətinə ziyan gətirə bilən hər bir əməli insanlara tanıtmış və onları bu əməllərdən çəkindirmişdir. Cəmiyyətdə hüzur balansını qorumaq üçün naməhrəm qadınla kişi bəzi əməllərə diqqət etməlidirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, müasir dövrdə bir çox qadınlar da cəmiyyətdə müəyyən mövqeyə malik olur, haradasa işləyir və fəaliyyət göstərirlər. Bəzən bu iş yerləri naməhrəm kişilərlə bir yerdə olur. Bu səbəbdən belə qadınlar gərək bəzi şərtlərə dəqiq əməl etsinlər.

Bu əməllər ilə tanış olaq:

1. Naməhrəmə toxunmaqdan qorunmaq. Burada fiziki fasilədən söhbət gedir. İstər əl vermək olsun, istər hər hansı digər təmas olsun və sair. Hədislərin birində oxuyuruq: "Nə zaman qadın əyləşdiyi yerdən qalxar, kişi orada əyləşməməlidir, məgər o halda ki, o yer soyuyar".

2. İnsanların çoxluq təşkil etdiyi yerlərdən çəkinmək. Dinimiz qadınların ictimai məclislərdə iştirak etməsinin əleyhinə deyildir. Sadəcə buyurur ki, belə məclislərdə qadınla kişi arasında olan fasiləyə riayət olunmalıdır. Dinimiz buyurur ki, hətta əgər şəhərin çox cəmiyyəti olan hissəsindən keçən zaman belə, qadın divarın kənarından hərəkət etməlidir.

3. Naməhrəmlə xəlvətdə qalmamaq. Şeytanın (lən) ən böyük silahı o zaman işə düşər ki, qadınla kişi xəlvətdə qalar. Ona görə də mömin kişi və qadın hətta iş yerində belə, xəlvətdə qalmaqdan çəkinməlidir.

4. Rəftarlara diqqət etmək. Qadın zərif bir varlıq olduğu üçün, onun bədəninin hər bir hərəkəti təhrikedici ola bilər. Gözlərini süzdürməkdən tutmuş, bəzi jestlərə qədər. Yeriməyi, danışığı, gülməyi... bunların hamısı ictimai yerlərdə olan qadınların ən çox diqqət etməli mövzulardandır.

5. Naməhrəmlə dostluq münasibətlərindən, zarafatlardan çəkinmək. Qurani-Kərim qarşı cinslə dost münasibətləri yasaqlayır.