Bakıda avtobus sürücüsü gənc qızı ölümdən xilas edib


Digərləri 02 May 2019 21:51:00 163 0

Bakıda avtobus sürücüsü gənc qızı ölümdən xilas edib

Bakıda sərnişin avtobusunun sürücüsü gənc qızı ölümdən xilas edib. Həmin an avtobusun daxilində olan təhlükəsizlik kamerası ilə anbaan lentə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə aprelin 30-da Bakıda, 18 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən avtobuslardan birində baş verib.

Qadın sərnişin özünü pis hiss edib. Bunu görən sürücü dərhal hadisəyə müdaxilə edib. Məlum olub ki, gənc xanım epilepsiyadan əziyyət çəkir və onda dil qatlanması halı baş verib.

Araşdırma zamanı məlum oldu ki, həmin gün avtobusu sürücü Vüqar Kərimov idarə edirmiş. O, hadisənin təfərrüatlarını ''Xəzər Xəbər''ə danışıb.

Bildirib ki, hadisə baş verən vaxt dərhal qadının ağzını açmağa çalışıb. Müdaxilədən sonra qız özünə gəlib və avtobus yoluna davam edib.