''İnstagram''da paltar sifariş edən şəxs aldadılıb


Digərləri 02 May 2019 21:52:00 188 0

''İnstagram''da paltar sifariş edən şəxs aldadılıb

Sosial şəbəkədə onlayn paltar sifariş edən şəxs aldadılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxt sakini Kamran Cahangirovun başına gəlib.

Zərərçəkmiş deyir ki, bir ay əvvəl ''İnstagram'' sosial şəbəkəsində ''fashionlinebaku'' səhifəsində həyat yoldaşı üçün paltar sifariş edib. Səhifəni işlədən şəxslər ondan həmin paltar üçün göndərdikləri hesaba 45 manat ödəməsini tələb ediblər.

Bundan sonra Kamran Cahangirov ''fashionlinebaku'' səhifəsini işlədən Mehriban Nəsirovaya zəng vursa da onun telefonu sönülü olub. Sosial şəbəkədə isə onun mesajlarına məhdudiyyət qoyulub.

Zərərçəkmiş deyir ki, hadisə ilə bağlı polisə məlumat verəcək.