Asiya İnkişaf Bankı Azərbaycanın bank bazarında iştirakını genişləndirmək istəyir


Digərləri 02 May 2019 21:46:00 233 0

Asiya İnkişaf Bankı Azərbaycanın bank bazarında iştirakını genişləndirmək istəyir

Asiya İnkişaf Bankı Azərbaycanın bank bazarında iştirakını genişləndirməyi planlaşdırır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı Azərbaycanla xarici ölkələr arasında idxal-ixrac əməliyyatlarının dəstəklənməsinə də hazırdır.

Nariman Mannapbekov Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün də Asiya İnkişaf Bankının müxtəlif variantları nəzərdən keçirdiyinə diqqət çəkib.