İmam Rzanın xüsusi inayəti


Digərləri 02 May 2019 21:20:00 226 0

İmam Rzanın xüsusi inayəti

Seyyid İbrahim Şüca nəql edir: "Cavanlıqda tif xəstəliyinə düçar olmuşdum. Həkimlər məni müalicə etməkdən məyus olmuşdular.

Mən huşsuz halda olanda atam Ayətullah Noxudəkini başımın üzərinə gətirir. O zaman gördüm ki, hərəmdəyəm və İmam Rza (ə) taxtın üzərində əyləşmişdir və Hacı Şeyx də həmin taxtın yanında dayanmışdır. Həzrət (ə) mənə buyurdu: "Seyyid İbrahim! Əgər şəfa istəyirsənsə, Hacı Şeyx o şəfanı məndən sənin üçün alıbdır. Əgər pul istəyirsənsə, Qaim məqamına müraciət et". O zaman Ayətullah Noxudəki Qaim məqamını yerinə yetirirdi.

Özümə gəldim və gördüm ki, başdan-ayağa tər içindəyəm. Halım yaxşılaşıbdır. Hacı Şeyx də çarpayımın yanında əyləşibdir".