Bəs siz hansı valideyn tipisiniz?


Digərləri 02 May 2019 21:25:00 225 0

Bəs siz hansı valideyn tipisiniz?

Həyatda hər kəsin öz vəzifələri vardır. Bu vəzifələr ilə biz nəyisə edirik, qarsılığında nəyisə alırıq.

Lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq, qarsılığında heç nə istəməyən yeganə vəzifədir.

Bəs biz yaxşı valideynik?

Son.az lent.az-a istinadən bildirir ki, bəzən ana va ata olaraq bir cox səhvlər edirik. Valideyn istəyir ki, övladı üçün ən yaxşı həyatı qursun. Bəzən biz belə düşünürük ki, valideynin vəzifəsi övladlarını sevindirməkdən ibarətdir, lakin belə deyil; valideyn övladını həyata düzgün hazırlamaq üçün vəzifələndirilib. Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır. Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır. Əgər cəza və mükafatlandırma yoxdursa, bu zaman usaqda istək və davranışları qaydaya salmaq çətinlik yaradar və ya qarşısını ala bilməzsiniz.

Mükafatlandırma və cəza sistemini psixikamıza təsiri

İnsan mükafatlandırıldığı təqdirdə beyində dopamin hormonu, cəzalandırıldığı təqdirdə isə endorfin hormonu ifraz olunur.

Ailə psixologiyasında 4 cür valideyn tipi vardır:

1. Avtoritar valideyn - dediyimin üzərinə söz deyilməyəcək, müzakirə olunmayacaq və açıqlama verilməyəcək. Bu valideyn həyata özgüvənsiz, içəqapanıq, hər əmrə tabe olan insan formalaşdırır. Gələcəkdə işində uğurlar qazansa da, özgüvənsiz yetişirlər.

2. Liberal valideyn - uşaq sevinsin deyə onun hər dediyinə razı olan, razı olmadığı halda uşaq valideynin üstünə gedərək razı salınan valideyn tipidir. Burada ata, yaxud ana hər hansı biri avtoritar, digəri isə liberal valideyndirsə, burada uşaqda şəxsiyyət pozuntusu olur.

3. Xaotik valideyn - övladı nəyisə maraqla göstərir, yaxud danışmağa can atır valideyn isə başqa işlə məşğuldursa, bu zaman valideyn ilə uşaq arasında ciddi qopuqluq yaşanır. Ananın övlada maraqsız və diqqətsiz olması uşağı tamamilə pozur. Valideynlər anlamalıdırlar ki, əgər sən hər şeyi ilə övlada diqqət və maraqla yaxınlaşırsansa, o da bunu hiss edib hər şeyi ilə sənə diqqət göstərəcəkdir.