Şamaxıda 14 yaşlı uşağı yük maşını vurub


Digərləri 02 May 2019 21:14:00 200 0

Şamaxıda 14 yaşlı uşağı yük maşını vurub

Şamaxıda piyadanın vurulması ilə nəticələnən agır yol nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Bakı- Şamaxı- Yevlax avtomobil yolunun 118- ci kilometrində baş verib.

Şamaxı rayon Sabir qəsəbə sakini, 2005-ci il təvəllüdlü Həmidov Ruzi Zakir oğlu yolun kənarında bir qrup məktəbli ilə gedərkən, magistral yolda Bakı istiqamətində hərəkətdə olan yük maşını onu vurub.

Hadisəni törədən sürücü dərhal yaralını Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırıb. Həkimlər uşağın vəziyyətinin çox ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.