"Qırmızı Körpü" gömrük postunda müvəqqəti məhdudiyyət yaranıb


Digərləri 02 May 2019 21:12:18 196 0

"Qırmızı Körpü" gömrük postunda müvəqqəti məhdudiyyət yaranıb

Bu gün saat 19:35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb

Bakı. Bu gün saat 19:35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub. Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.