Facebook öz yeni dizaynını təqdim etdi FOTO


Digərləri 02 May 2019 21:02:00 188 0

Facebook öz yeni dizaynını təqdim etdi  FOTO

Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var. Bu barədə Vc.ru saytı xəbər verib.

Facebook-un yeni dizaynı:

Son.az technote.az-a istinadən bildirir ki, şirkət məşhur sosial şəbəkənin yeni dizaynını təqdim edib. Dizayn dəyişikliyi sosial şəbəkənin təkcə desktop versiyasını deyil həm də mobil tətbiqini əhatə edəcək. Yeni dizaynda sosial şəbəkənin yuxarı hissəsindəki göy rəngli panel yox olacaq. Göy rəngin yerinə sosial şəbəkənin yuxarı hissəsi daha açıq rəngli dizaynda reallaşdırılacaq. Yeni dizayn FB5 adını əldə edib.

Facebook tətbiqinin bu cür yenilənmiş versiyası yaxın zamanda Android və iOS üçün təqdim olunacaq. Sosial şəbəkənin desktop versiyasının dizayn dəyişikliyi isə bir neçə ay ərzində reallaşdırılacaq. Dizayn dəyişikliyindən sonra Facebook loqosu göy rəngli kvadratda deyil, mavi rəngli dairənin daxilində yerləşdiriləcək. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə inteqrasiya ediləcək.

Mark Zuckerberg-in sözlərinə əsasən sosial şəbəkənin yeni dizaynı istifdəçinin diqqət mərkəzinə qrupları əlavə edəcək. Qruplar olan bölmədə istifadəçilər həmin qrupların xəbərlərini görə biləcəklər. Bundan əlavə olaraq Facebook qrup axtarışı məsləhəti sistemini də təkmilləşdirəcək. Bununla yanaşı qruplar yeni funksiyalar da əldə edəcəklər. Məsələn iş elanları üçün nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər həmçinin yazılarını öz səhifələrindən birbaşa qrupa yerləşdirə biləcəklər.

Şirkət sosial şəbəkəyə maraqlar üzrə sürətli dost axtarışı sistemini əlavə edəcək. Bura həmçinin Meet New Friends adlı yeni funksiya da daxildir. Şirkət qeyd edib ki, həmin funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və ya yaşadıqları eyni şəhər özəllikləri əsasında tanış ola biləcəkləri insanları axtara biləcəklər. Meet New Friends funksiyası hələ test rejimindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir. Sosial şəbəkədə daha bir yenilik hadisələr qovluğu olacaq. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbər tutacaqlar, sosial şəbəkədən məsləhət alacaqlar və öz qərarlarını dostları ilə koordinasiya edə biləcəklər.

Messenger-in sadələşdirilmiş və desktop versiyası:

Facebook şirkəti Messenger-in daha sürətli və yüngül versiyasını anons etdi. Messenger-in bu sadələşdirilmiş versiyası 2 saniyədən az bir vaxtda işə düşəcək və onun həcmi 30 MB-dan az təşkil edəcək. Messenger həmçinin desktop versiyasını əldə edəcək. Desktop versiya həm Windows həm də macOS əməliyyat sistemləri üçün çıxacaq. Messenger-in desktop versiyası mobil versiyanın bütün funksiyalarını dəstəkləyəcək. Bura həmçinin qrup videoçatları da daxil olacaq. Yeni Messenger versiyalarından əlavə olaraq Facebook şirkəti real zaman ərzində birgə video izləmə funksiyasını və ən yaxın dostlar ilə ünsiyyət imkanını verəcək rəqəmsal otaq funksiyasını anons edib.

Instagram üçün ianə yığımı stikerləri və yeni kamera:


Xəbərə aid fotolar