İlan sancmış, güllə ilə sifəti şilküt edilən və oğurlanan


Digərləri 02 May 2019 21:03:00 239 0

İlan sancmış, güllə ilə sifəti şilküt edilən və oğurlanan

Freddy Krueger adlı tutuquşu başqa tutuquşlarına bənzəmir.

Aprelin 16-da silahlı qarətçilər onu zooparkdakı qəfəsindən apardıqdan üç gün sonra bu quş Braziliyadakı Cascavel şəhərinin zooparkına geri qayıtmağa nail olub.

Freddy dörd il yaşadığı qəfəsinin önündə aşkar edilib.

O, oğurlandığı vaxt müalicəvi bərpa kursu keçirdi.

Onu ilan sancmışdı və baytarların güman etdiyinə görə, həmin yaradan qan açıldığı üçün Freddy ölə də bilərdi.

Zooparka gətirilməzdən əvvəl Freddy narkotik dəllallarının qaldığı yerdə saxlanılıb.

2015-ci ildə həmin narkobiznes yuvasına qarşı polis əməliyyatı keçirildiyi zaman Freddy-ə dəymiş güllə quşun sifətini şil-küt edib.

Freddie Krueger adı da bu tutuquşuna "Elm küçəsindəki dəhşət" filmində məşhur obrazın adına görə verilib.

Aldığı güllə yarası nəticəsində quşun sağ gözünün görmə qabiliyyəti itib, dimdiyinin də bir parçası qırılıb.

Braziliyada qeyri-qanuni heyvan al-veri ildə $3 milyarda çatır.

Odur ki, qarətçilər tərəfindən zooparkdan oğurlanarkən Freddy heç də ən yaxşı əhval-ruhiyyədə olmayıb.

Yaralarına baxmayaraq, quş öz normal həyatını davam edib.

Misal üçün, dimdiyinin bir parçasını itirsə də, Freddy dənli yemi və meyvələri dimdikləyərək yeməkdə davam edib.

Gəlirli qeyri-qanuni biznes

Polis güman edir ki, qarətçilər Freddy-ni bəlkə də onun eybəcərliklərini görəndən sonra buraxıblar.

"Onu bu halda satmaq çətin məsələdir", - zooparkın direktoru Ilair Dettoni BBC-yə bildirirb.

Heyvan traffikinqi Braziliyada ən gəlirli qaçaqmalçılıq növlərindən biri sayılır.