Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı


Digərləri 02 May 2019 21:07:57 193 0

Bakıda 16 yaşlı məktəbli küçədə bıçaqlandı

Bakıda orta məktəb şagirdi bıçaqlanıb.

Bakı. Samir Əli - Bakıda orta məktəb şagirdi bıçaqlanıb. Trend-in məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.