ABŞ bu düşməninin öhdəsindən gəldiyini zənn edirdi,


Dünya 02 May 2019 20:44:00 233 0

ABŞ bu düşməninin öhdəsindən gəldiyini zənn edirdi,

Amerikada qızılca tüğyan edir.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 2000-ci ildə ABŞ öz ərazisində qızılca xəstəliyinin kökünün kəsildiyini açıqlamışdı. Son məlumata görə isə bu il 334 qızılcaya yoluxma faktı qeydə alınıb.

Epidemiya ilə mübarizə və İdarəetmə Mərkəzindən bildirilib ki, 2014-cü ildə 667 nəfər qızılcaya yoluxub.

Nyu Yorkun bəzi bölgələri də daxil olmaqla bir çox ərazidə təcili qızılcaya qarşı yardım məntəqələri yaradılıb. 22 ştatda peyvənd vurma proseslərinə başlanılıb.