Həmcinslərini aldadıb Türkiyəyə aparan qadından


Kriminal 02 May 2019 20:49:00 201 0

Həmcinslərini aldadıb Türkiyəyə aparan qadından

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Günay Seyfullayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.

Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, onun törətdiyi əməllər təsdiq olunub.

Bildirilir ki, Günay Seyfullayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada onları kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib.