Vyetnam mazının bilmədiyiniz 11 MÖCÜZƏSİ


Digərləri 02 May 2019 20:34:00 275 0

Vyetnam mazının bilmədiyiniz 11 MÖCÜZƏSİ

Son zamanlar "Ucuz məhsullarla həyatınızı dəyişin" adı altında bir sıra məqalələr yazılır.

Son.az "Ölkə.az"a istinadən bu vasitələrdən biri olan, el arasında "Vyetnam mazı" adlanan müalicəvi balzam haqqında araşdırma yazını təqdim edir.

Uşaqlıqdan bizə tanış olan bu qırmızı, üzəri ulduz şəkilli balzam bir çox işimizə yaraya bilər. Balzamın tərkibi qarışqa turşusu, mentollu yağlar, evkalipt, mixək, darçın, nanə, itburnu ekstraktı, vazelin, kamfora yağı və digər köməkçi maddələrlə zəngindir. Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir.

Hər bir qadın "Vyetnam maz"ının 11 ən xeyirli üsullarını bilməlidir.

1. Havanı təmizləyir

Bunun üçün hava təravətləndiricinin içinə bir az balzam əlavə edib çalxalayın. Sonra bu qarışımdan otağa vurun. Bu havadakı mikrobları, zərərli maddələri dərhal məhv edib, təravətli qoxu yaradacaq.

2. Dabanlarınızı təmizləyəcək

Gecə yatmamışdan qabaq dabanlarınıza balzamdan nazik qat sürtüb corab geyinin. Bir gecə ayağınızda saxlayıb səhər qabarmış dərini dabandaşı ilə təmizləyin. Bu proseduru 2-3 gün etsəz dabanlarınızın pambıq kimi yumşaq olmasının şahidi olacaqsınız.

3. Baş ağrılarını aradan qaldırır

Bunun üçün balzamdan bir az götürüb gicgahlarınıza və alnınıza çəkib yavaşca masaj edin. Balzam dərhal isitmə funksiyasını yerinə yetirib ağrını dəf edəcək.

⠀ 4. Heyvanların xoşagəlməz qoxusunu yox edir

Əgər siz evdə heyvan bəsləməyi sevirsinizsə vyetnam mazı burada da köməyinizə çatacaq.  Balzamdan bir az suya əlavə edib, heyvanlarınızın tualetlərinin etdiyi yerlərə səpin. Bu xoşagəlməz qoxunu dərhal yox edəcək. Bundan əlavə o sizi həşaratlardan da qoruyacaq. Həşaratlara qarşı bütün qoruyucu vasitələrin tərkibində kimyəvi maddələr olur. Təbii vasitə kimi siz burada da bu qarışımdan istifadə edə bilərsiniz. Bu sizi və evinizi milçəklərdən, ağcaqanadlardan və digər həşaratlardan qoruyacaq.

5. Dırnaq göbələyini müalicə edir

Bunun üçün hər gün yatmamışdan öncə balzamdan göbələk infeksiyası olan dirnaqlarınıza çəkin. Bir müddətdən sonra balzamın möcüzəvi nəticəsinin şahidi olacaqsınız.