Pirallahıda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 02 May 2019 20:10:57 198 0

Pirallahıda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirilib. Trend-in məlumatına görə, Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Pirallahı rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrda onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxışında rayon ağsaqqallarına göstərilən dövlət qayğısından danışdı. Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusibov çıxışında Ümummilli liderin xilaskarlıq xüsusiyətlərini qeyd etdi. Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, siyasi və iqtisadi siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. "Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təksə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır".