Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq


Digərləri 02 May 2019 19:31:00 197 0

Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq

Yaxın aylarda Neftçala sənaye məhəlləsində "Peugeot 207" avtomobil modellərinin istehsalı başlayacaq.

Son.az bildirir ki, bunu Trend-ə "Azərmaş" ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, istehsal bu ilin yayında başlayacaq:

"Avtomat ötürücülər qutusu ilə təchiz edilən avtomobilin qiyməti 17 500 manat təşkil edəcək. Hazırda biz Fransa tərəfi ilə danışıqlar aparırıq və bəzi detalları müzakirə edirik. İstehsala iyul ayının ilk günlərində başlamağı planlaşdırırıq".

O qeyd edib ki, fevral ayından başlayaraq Neftçala sənaye məhəlləsində "Peugeot 407" modellərinin yığılmasına start verilib və istehsal olunan avtomobillər daxili bazarda 17 500 manatdan satışa çıxarılıb.