CinemaPlusda öz dilimizdə fransız komediyası göstərildi


Kriminal 02 May 2019 18:59:00 257 0

CinemaPlusda öz dilimizdə fransız komediyası göstərildi

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Cinemazadeh" studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə Fransa istehsalı olan "Qanunun zərif əli" komediyasının öz dilimizdə nümayişi keçirilib.

Son.az xəbər verir ki, film Beynəlxalq Kann kinofestivalında "Rejissorların ikihəftəliyi" proqramında nümayiş olunmuşdur, harada ki, "Dram müəllifləri və bəstəkarları cəmiyyətinin mükafatı"na layiq görülmüşdür. Film həmçinin doqquz kateqoriya üzrə "Sezar" mükafatına nominasiya olunmuşdur.      

Filmi səsləndiriblər Əlixan Rəcabov, Ofeliya Novruzqızı, Emin Nəsirli, Azadə Abbasova, Allahverdi Yolçiyev, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Aytac Məmmədova və Nərmin Həlibova.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, ingilis dilindən tərcümə Şəhla Əliqızı, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Pyer Salvadori.

Baş rollarda Adel Enel, Pio Marmay və Odri Totu.

Film haqqında qısa məlumat: İvonn cavan polis müfəttişinə qəfil məlum olur ki, onun vəfat etmiş əri heç də ləyaqətli qanun keşikçisi olmayıb: onun günahı ucbatından Antuan adlı gənc 8 ilini türmədə keçirir. İndi İvonn, Antuanın normal həyata qaytarmaq üçün hər cür köməyə etməyə çalışır.


Xəbərə aid fotolar