Dreyk bir gecədə 12 mükafat aldı


Digərləri 02 May 2019 18:39:00 246 0

Dreyk bir gecədə 12 mükafat aldı

"Billboard" musiqi mükafatları ötən gün sahiblərinə verilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Las-Veqasda keçirilən tədbirdə ötən günlərdə Azərbaycanda konserti baş tutan Kardi Bi 21 nominasiyada namizəd olsa da, ən çox mükafat qazanan Dreyk olub.

O, 12 mükafat almaqla gecənin ulduzu olub.

Qalibləri təqdim edirik:

Ən yaxşı müğənni, Ən yaxşı kişi müğənni, "Top Billboard 200" müğənnisi, "Top hot 100" müğənnisi, Musiqisi ən çox səsləndirilən müğənni, Ən çox satılan albom, Radiolarda ən çox səsləndirilən müğənni, Ən yaxşı reper, Ən yaxşı kişi reper, "Top Billboard 200" albom, Ən yaxşı rep albomu,  Ən çox baxılan klip ("In My Feelings") - Dreyk

Ən yaxşı yeni müğənni - Cuis Vörld

"Billboard" siyahısından uğur mükafatı, Ən yaxşı qadın müğənni - Ariana Qrande

Ən yaxşı klip, Ən yaxşı sosial media müğənnisi - BTS


Xəbərə aid fotolar