Millət vəkili: "Uşaqları arada parta arxasından ayağa qaldırmaq lazımdır"


Digərləri 02 May 2019 18:04:00 265 0

Millət vəkili: "Uşaqları arada parta arxasından ayağa qaldırmaq lazımdır"

Azərbaycanda şagirdlərin sağlamlıq vəziyyəti ilə bağlı problemlər var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, şagirdlərin məktəb çantası ağır olsa da, bunun həlli yolları var: "Şagirdlər çanta daşımalıdırlar, kitab yükünün elə bir ziyanı yoxdur. Amma uşaqların sağlamlıqla bağlı yaranan problemlərinin həlli üçün onları parta arxasından arada ayağa qaldırmaq lazımdır. Uşaqlar idmanla çox məşğul olmalı, üzgücülüyə getməlidirlər".