“Eurovision”da bir ilk


Digərləri 02 May 2019 17:59:00 219 0

“Eurovision”da bir ilk

Bu il "Eurovision" mahnı müsabiqəsində yeni qayda tətbiq edilib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, beynəlxalq layihədə iştirak edən müğənnilərin hamısı DNT analizi verib.  

Bu barədə yarışmada Rusiyanı təmsil edən Sergey Lazarev məlumat verib.  O bildirib ki, layihənin sponsorlarından birini təklifi ilə belə addım atılıb.  Buna səbəb iştirakçıların hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir. 

"Bütün iştirakçılar analiz veriblər. Hətta onlar KİV-də analizin nəticələrinin yayılmasına dair razılığa gəliblər. Düşünürəm ki, bu, hamının bir olduğunu göstərmək üçün atılmış bir addımdır"- deyə Sergey bildirib.