Vitsespiker: "Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"


Siyasət 02 May 2019 17:31:00 240 0

Vitsespiker: "Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"

"Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistan parlamentinin sədr müavini Qasım Xan Suri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr yerinə yetirilməli və Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Parlament sədrinin müavini əlavə edib ki, ermənilər tərəfindən Xocalıda törədilənlər soyqırımdır.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.