Fransadan gəlib Şamaxıda ferma açdı


Digərləri 02 May 2019 17:29:00 264 0

Fransadan gəlib Şamaxıda ferma açdı

41 yaşlı Siril Kərim Rabbatli Fransadan Şamaxının Kələxana kəndinə pənah gətirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kənd ərazisində şəxsi taxıl sahəsi, üzüm bağı, inək ferması olan Fransa vətəndaşı ona qarşı ögey münasibətin olmadığını deyir.

Rabbat Livanın Beyrut şəhərində doğulub. 19 il əvvəl Azərbaycana gələn əcnəbi 7 il Bakıda yaşadıqdan sonra 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 km aralıda, dağların arasında yerləşən Kəlaxanaya köç edən Siril ilk olaraq üzüm bağı salıb.

Fransa vətəndaşı deyir ki, sözügedən yeri üzümçülük məqsədilə alıb: "İki hektar əkmişik, sort yerli mədrəsə sortudur. Gələcəkdə artırmaq, artıq sahə götürmək fikrimiz var. Üzümçülük üçün dəstək var, ona görə mən qərar vermişəm ki, onu artırım".

Çox vaxt üzüm bağına videokameralarla nəzarət edən fermer bildirir ki, məhsulun bol olması və tez yetişməsi üçün hər hansı kimyəvi üsullara əl atmır. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran Rabbatli bir neçə ildir arpa-buğda əkininə də start verib. Üzüm və taxıl sahələri kənddən bir qədər kənarda olsa da, inəklərini kəndin içində olan fermasında bəsləyir. 


Xəbərə aid fotolar