Bakı Beynəlxalq Dəniz Ticarət Limanı proqam təminatı ilə bağlı müsabiqə elan edir


Digərləri 02 May 2019 17:02:00 302 0

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı proqam təminatı ilə bağlı müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ərazisinə giriş-çıxışın rəqəmsallaşdırılması və avtomatlaşdırılması məqsədilə proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ərazisinə giriş-çıxışın rəqəmsallaşdırılması və avtomatlaşdırılması məqsədilə proqam təminatının satın alınması üzrə açıq müsabiqə elan edir. QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 15 may 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 15 may 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərflər 21 may 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər: