1,33 milyard manatlıq əskinas və sikkələr dövriyyədən çıxarıldı


Digərləri 02 May 2019 16:35:00 193 0

1,33 milyard manatlıq əskinas və sikkələr dövriyyədən çıxarıldı

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 1,33 milyard manat dəyərində istifadəyə yararsız əskinas və sikkələri dövriyyədən çıxarıb.

Son.az bu barədə Trend-ə istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu məbləğ 1,3 milyard manata bərabər olmuşdu.

Hesabata əsasən, ötən il Azərbaycana 6,42 milyard manat məbləğində yeni əskinas və sikkə daxil olub. Bu, 2018-ci illə müqayisədə 15,6 dəfə çoxdur.