Bakının məşhur bulvarında sahibsiz itlər


Digərləri 02 May 2019 16:40:00 432 0

Bakının məşhur bulvarında sahibsiz itlər

Təqdim edilən görüntülər Böyük Şor Park-Bulvarının ərazisində çəkilib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, görüntülərdə insanların istirahət etdiyi, uşaqların əyləndiyi parkda sahibsiz itlərin sərbəst şəkildə hərəkət etdiyi görünür.

Son günlər sahibsiz itlərin yaratdığı problemləri sadalamaq niyyətində deyilik. Hər kəs baş verənlərdən xəbərdardır. Təəssüf ki, Böyük Şor Park-Bulvarı də hər an eyni problemlərin yaşana biləcəyi, insanların, xüsusən də uşaqların sahibsiz itlərin hücumuna məruz qala biləcəyi təhlükəli ərazilərdən birinə çevirilib.

Bu problem tez bir zamanda həll olunmalıdır. "Həll olunmalıdır" deyəndə heç də itləri güllələməyi vurğulamırıq. Müəyyən təşkilatlar, qurumlar artıq bu problemin normal şəkildə həllini tapmalı, sahibsiz itləri küçələrdən yığışdırılmalı, normal sığınacaqlara yerləşdirilməli, bir çox hallarda isə onlara yeni sahiblər tapılmalıdır.