Qazanxanadan 135 min manatlıq istilik sistemləri oğurlayan şəxslər həbs ediliblər


Kriminal 02 May 2019 16:17:00 252 0

Qazanxanadan 135 min manatlıq istilik sistemləri oğurlayan şəxslər həbs ediliblər

Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək qazanxanadan naməlum şəraitdə dəyəri 135 000 manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf ediblər. Onlar izahatlarında əldə etdikləri avadanlıqların bir qısmini satdıqlarını bildiriblər.


Xəbərə aid fotolar