Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar


Digərləri 02 May 2019 15:30:15 196 0

Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

Ağdaş rayonunda baş vermiş zəhərlənmə hadisəsindən zərərçəkən xəstələr evə buraxılıblar.

Bakı. İlhamə İsabalayeva - Ağdaş rayonunda baş vermiş zəhərlənmə hadisəsindən zərərçəkən xəstələr evə buraxılıblar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə gecə saat 2 radələrində qeydə alınıb. 12 nəfər Ağdaş rayonu Aşağı Ləki kənd sakini halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma simptomları ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olublar. Onlardan 6 nəfəri uşaq olub: "Sakinlərə toksiki və qida zəhərlənmələri diaqnozu qoyulub. Xəstələr üzərində zəruri müalicə tədbirləri görülüb, mədə-bağırsaqları yuyulub və onlara lazımi dərman vasitələri verilib.