Əbülfəs Qarayev: "Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir"


Digərləri 02 May 2019 15:14:00 293 0

Əbülfəs Qarayev: "Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir"

"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib

Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

"BMT-nin Baş katibi bizim bu forumu mədəniyyətlərarası dialoq üçün mühüm platforma adlandırıb. Bundan əvvəl Bakıda keçirilən son 4 forum da dinlərin rolu, dayanıqlı inkişaf, təhlükəsizlik kimi mühüm mövzuları əhatə edib".

Ə.Qarayev vurğulayıb ki, mədəniyyətlərarası dialoq Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin qurulmasına mühüm töhfə verir: