Azərbaycan BakıNovorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib


Digərləri 02 May 2019 14:41:00 275 0

Azərbaycan BakıNovorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.

O, təmir işlərinin başa çatacağı tarix barədə konkret məlumat verməyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırıb. SOCAR-ın nümayəndəsi bildirib ki, bu istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.