Azərbaycan nefti cüzi ucuzlaşdı


Digərləri 02 May 2019 13:48:00 203 0

Azərbaycan nefti cüzi ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,58 ABŞ dolları və yaxud 0,77% azalıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 74,97 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.