UNİSEF rəsmisi: "Dünyada uşaqların 5070%i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur"


Siyasət 02 May 2019 13:05:00 233 0

UNİSEF rəsmisi: "Dünyada uşaqların 5070%i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur"

Dünyada uşaqların 50-70 %-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur. Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aradan qaldırılmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu UNİSEF-də Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda keçirilən beynəlxalq təşkilatların yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

Aaron Qrinberq qeyd edib ki, erkən uşaqlığın inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir: "Hazırda bu sahələrə nəhəng sərmayələr qoyulur. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir. Bu sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün yatırılır. Bir çox dövlətlərin apardığı tədqiqatlarda çox sayda uşaqların zorakılığa məruz qaldıqları görünür".