Bakcell “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib


Digərləri 02 May 2019 12:45:00 174 0

Bakcell “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin “Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilərin müraciətlərinin “Facebook” üzərindən effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatı alıb. Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən “Socialbakers” şirkəti 2019-cu ilin I rübündə daxil olan sorğuların "Bakcell" tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. "Bakcell" şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olub.